Udemybeginneren

Satınalmaya giriş

Learn about purchasing: who the buyer is and how demand is created. Understand the basics of the buying process.

4.3(46)
754students
1h 58m
Elshan Hasanov
Elshan HasanovProcurement enthusiast and expert

Course Content

Satınalmaya giriş is a beginner-level Udemy course taught by Elshan Hasanov. It runs 1h 58m and is taught in English. Learners rate it 4.3 out of 5 from 46 reviews, with 754 students enrolled. It is free to enroll, first published March 2021.

Satınalma sahəsinə giriş üçün ideal kurs! Satınalma nədir və satınalmaçı kimdir?

Satınalma sahəsində karyera qurmaq istəyirsinizmi? Və ya bu sahəyə yeni başlayırsınız? Bu tam ödənişsiz kurs, satınalma proseslərinin əsaslarını öyrənmək üçün mükəmməl bir platformadır. Udemy portalında təqdim olunan bu kurs, gələcək karyera üçün sağlam bir bazanı qoymaq istəyən hər kəsə yönəlib.

Kursda aşağıdakı əsas suallara cavab tapacaq:

  • Satınalma nədir? Satınalmanın əsas anlayışları və rolunu öyrənin.
  • Satınalmaçı kimdir? Satınalmaçının vəzifələri və məsuliyyətləri barədə ətraflı məlumat alın.
  • Tələb necə formalaşdırılır? Tələb formalaşdırmanın prosesini və onun satınalma prosesinə təsirini anlamaq.

Kursun əhatə sahələri:

Bu kurs, satınalmanın təməl prinsipləri, terminləri və prosedurları barədə ətraflı məlumat verir. Kursun ümumi müddəti 2 saat təşkil edir və 3 video təqdimatdan ibarətdir:

  • Satınalma nədir
  • Satınalmaçı kimdir
  • Tələbin formalaşdırılması

Kursun üstün xüsusiyyətləri:

  • Ödənişsiz: Bu kursun tam ödənişsiz olması, satınalma sahəsinə giriş üçün əlverişli bir imkan təqdim edir.
  • Asan təlim: Kompleks məlumatlar sadə dil ilə izah olunur, bu da öyrənməni asanlaşdırır.
  • Pratik nümunələr: Kursda gündəlik istifadə üçün faydalı real-praktiki nümunələr təqdim olunur.
  • Mobil dost: Udemy mobil tətbiqini və ya şəxsi kompüterinizi istəyərək istədiyiniz vaxt kursa qoşular və öyrənməyə başlayırsınız.
  • Ömürlük giriş: Kursa qoşulduğunuzda kurs materiallarına ömürlük giriş icazəsi əldə edirsiniz.

Kursun əhatə sahələri (əlavə məlumat):

Bu kurs, 38 mövzudan ibarət 30 saatlıq "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" peşəkar təlim kursunun giriş və təməl mövzularından hazırlanmışdır. Kurs, satınalmaların təşkili, müqavilələrin idarə olunması proseslərini, beynəlxalq praktika və dövlət satınalmaları perspektivlərini, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı məlumatları əhatə edir.

Neden bu kursu seçməlisiniz?

Satınalma sahəsində artan tələbat və kadr çatışmazlığı nəzərə alınaraq, bu kursu hazırladım. Təlim kursu, satınalma sahəsinə yeni başlayanlar, xüsusilə tələbələr üçün ideallıdır. Bu kursla, satınalma sahəsində karyera qurmaq üçün zəmin hazırlayın!

$ whoami — the devs behind tutorialsearch.io

Need a SaaS MVP shipped fast? Hire the TutorialSearch.io team

Auth, billing, dashboards and AI features — a launch-ready product built by the devs behind this site.

4.9(280)
5h 16m
all

PLC-yə giriş

by Sanan Aliyev

4.4(3,151)
3h 32m
beginner
4.3(39)
3h 4m
expert
5.0
2h 37m
beginner
pluralsight
5.0
1h 42m
intermediate
pluralsight