Riyaziyyat (Cəbr və Həndəsə) 1-ci hissə
Riyaziyyat kursu: DİM (buraxılış və blok) imtahanlarına hazırlığınızı gücləndirin! Abituriyentlər üçün.
Course Content
Riyaziyyat (Cəbr və Həndəsə) 1-ci hissə is a beginner-level Udemy course taught by Elshan Bashirov. It runs 6h 42m, is taught in English, and includes a certificate of completion. Learners rate it 5.0 out of 5 from 1 review, with 1 student enrolled. It is a paid course, first published October 2023.
Riyaziyyatı Asan Öyrənmək: Ali Təhsilə Hazırlanma
Bu kurs riyaziyyatla bağlı bütün suallarınızı həll etməkdə və ya övladınızın riyaziyyat fənnində daha yaxşı performans göstərməsinə kömək etmək üçün hazırlanmışdır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün riyaziyyat üzrə sağlam bir bazanın əsasını qoymaq istəyirsinizmi? Ya da riyaziyyat bilginizi artırmaq və ya mövcud bilginizi təkmilləşdirmək istəyirsinizmi?
10 ildən çox pedaqogika təcrübəsi olan mən, riyaziyyatı daha praktik və asan öyrətmək məqsədilə bu kursu hazırlamışam. Ümumi olaraq 7 saatdan ibarət olan bu yüksək keyfiyyətli kurs 14 bölməyə bölünmüşdür. Çətin olan mövzular sadə və aplanı bir şəkildə izah olunur. Nəzəri hissənin əlavəsinə, mövzulardan asılı olaraq test nümunələrinin izahları da təqdim olunur.
Kursda əhatə olunan əsas mövzular:
- Natural ədədlər: Natural ədədlərlə işləmənin əsasları.
- Adi və onluq kəsrlər: Kəsrlərlə əsas əməliyyatlar və onların tətbiqi.
- Faiz, nisbət və tənasüb: Faiz hesablamaları, nisbətlər və tənasüblər haqqında öyrənmək.
- Həqiqi ədədlər: Həqiqi ədədlərlə işləmənin əsasları.
- Tam cəbri ifadələr: Cəbri ifadələrlə işləmənin üsulları.
- Kvadrat köklər və Həqiqi üstlü qüvvət: Kvadrat köklərlə və üstlü qüvvətlə işləmə.
- Birməchullu tənliklər və məsələlər: Birməchullu tənlikləri həll etmənin üsulları.
- Xətti tənliklər sistemi: Xətti tənlikləri həll etmənin üsulları.
- Ədədi ardıcıllıqlar. Silsilələr: Ədədi ardıcıllıqları və silsilələri öyrənmək.
- Həndəsənin ilkin anlayışları: Həndəsənin əsas anlayışları.
- Üçbucaq: Üçbucaqların xüsusiyyətləri və tipləri.
- Çevrə: Çevrənin əsas anlayışları və hesablamaları.
- Dördbucaqlılar: Dördbucaqlıların xüsusiyyətləri və tipləri.
- Çoxbucaqlılar: Çoxbucaqlıların xüsusiyyətləri və tipləri.
Bu kurs hər bir tələbə və riyaziyyatı öyrənmək arzusunda olan şəxs üçün faydalı yeniliklərlə dolu olacaq. Videolar vasitəsilə bütün mövzuların və məsələlərin yazılı və şifahi izahları təqdim olunur. Ali təhsil müəssisələrinə hazırlaşmaq hər zaman mümkündür!
Kursun sizə faydalı olacağına və hər birinizin məqsədinə çatmaq üçün kömək edəcəyinə əminəm. Uğurlar!
Hire the developers behind TutorialSearch.io
We built this site — full-stack web apps, AI integration & automation. Tell us what you need and we'll build yours.