Udemybeginneren

İSTQB Proqram Testi Əsasları (Azərbaycan dilində)

Learn ISTQB test fundamentals in Azerbaijani. Practical skills from 30+ years of experience. Perfect for aspiring software testers!

4.7(20)
93students
19h 34m
Certificate
Vəhid Gəruslu
Vəhid GərusluSoftware Testing Consultant and Educator since 1998

Course Content

İSTQB Proqram Testi Əsasları (Azərbaycan dilində) is a beginner-level Udemy course taught by Vəhid Gəruslu. It runs 19h 34m, is taught in English, and includes a certificate of completion. Learners rate it 4.7 out of 5 from 20 reviews, with 93 students enrolled. It is a paid course, last updated April 2025.

Proqram təminatı test və QA sahəsində karyera qurmaq istəyirsinizmi? Bu kurs, Azərbaycan dilində hazırlanmış, proqram təminatının test və keyfiyyət təminatı (QA) sahəsində tələb olunan nəzəri bilikləri əldə etmək üçün ideal bir platformadır.

Azərbaycanda ilk dəfə olaraq, 30 ildən çox təcrübəyə malik iki Azərbaycanlı test və QA mütəxəssisi tərəfindən hazırlanan bu kurs, gənc nəsil test və QA mütəxəssislərini yetişdirmək məqsədilə yaradılıb.

Niyə bu kursu seçməlisiniz?

  • Azərbaycan dilində keyfiyyətli məzmun: Test və QA sahəsində İngilis və digər dillərdə (Türk, Rus) çoxlu məlumat mövcuddur, lakin Azərbaycan dilində bu cür geniş miqyaslı kurslar nadirdir.
  • İş təcrübəsinə dayanıb: Kursun məzmunu, real iş mühitlərində test və QA-nın necə icra olunduğunu əks etdirir.
  • Karyera üçün sağlam təməl: Test və QA iş müsahibələrində uğur qazanaraq, test və QA sahəsində karyera qurmaq üçün zəruri bilik və bacarıqları əldə edəcəksiniz.
  • ISTQB sertifikatına əsaslanır: Kursun məzmunu, ISTQB sertifikatının kurikulumuna uyğundur.
  • Süni İntellekt (Aİ) ilə test və QA: ChatGPT kimi Süni İntellekt (Aİ) alətlərindən istifadə edərək test və QA fəaliyyətlərini daha effektiv icra etməyi öyrənəcəksiniz.

Kursun əsas mövzuları:

  • Testin əsasları: Testlərin nə olduğunu, növ və məqsədlərini öyrənirsiniz.
  • Proqram təminatının inkişaf dövrü ərzində testin rolu: Testin proqram təminatı inkişaf prosesindəki əhəmiyyətini anlarsınız.
  • Testin təhlili və dizaynı: Test tapşırığını necə təhlil edəcəyinizi və effektiv test tapşırıqları dizayn edəcəyinizi öyrənirsiniz.
  • Test fəaliyyətlərinin idarə edilməsi: Test fəaliyyətlərini planlamaq, icra etmək və idarə etmək bacarıqlarını inkişaf etdirirsiniz.
  • Test avtomatlaşdırma və test alətləri ilə tanışlıq: Test avtomatlaşdırmanın əsas prinsiplərini və populyar test alətlərini öyrənirsiniz.
  • Test və QA fəaliyyətlərində Süni İntellekt (Aİ) alətlərindən istifadə: ChatGPT kimi Aİ alətlərini test dizaynı və digər test fəaliyyətləri üçün necə effektiv şəkildə istifadə edəcəyinizi öyrənirsiniz.

Bonus: Kursu bitirdikdən sonra, test avtomatlaşdırmasını asan şəkildə öyrənmək üçün sağlam bir təməllə sahib olarsınız. İki mütəxəssis təlimçi tərəfindən hazırlanmış bu kurs, test və QA sahəsində uğurlu karyera qurmaq üçün ən yaxşı seçimdir.

Süni İntellekt (Aİ) ilə test və QA fəaliyyətlərini daha effektiv icra edin! Kursumuz, test və QA üçün Süni İntellektin (Aİ) praktiki istifadəsini və real misalları təqdim edir. Dərslərin əksəriyyətində, ChatGPT ilə interaktiv test dizaynı və digər test fəaliyyətləri üçün suallar soruşulur və faydalı cavablar əldə edilir.

$ whoami — the devs behind tutorialsearch.io

Need a web app built? Hire the team behind TutorialSearch.io

We ship fast, production-grade full-stack apps (Next.js, React, edge infra) — the same stack that powers this site.

ISTQB® CTFL: Static Testing

by Andrejs Doronins

5.0
42m
beginner
pluralsight
5.0(2)
9h 6m
beginner