Udemyallen

Data Mütəxəssisləri üçün Python

Learn Python for data analysis, science, engineering & BI. Practical skills for data specialists. Azerbaijani language course.

Related:PandasNumPy
5.0(48)
301students
11h 6m
Certificate
Huseyn Abdullayev
Huseyn AbdullayevData Consultant

Course Content

Data Mütəxəssisləri üçün Python is an all-levels Udemy course taught by Huseyn Abdullayev. It runs 11h 6m, is taught in English, and includes a certificate of completion. Learners rate it 5.0 out of 5 from 48 reviews, with 301 students enrolled. It is a paid course, last updated September 2025.

Bu kurs, Python proqramlaşdırma dilini öyrənmək və onu data analitikası, data science, data engineering və biznes intellekti (BI) sahələrində tətbiq etmək istəyən şəxslər üçün idealdir. Python-u sıfırdan öyrənmək və ya mövcud biliklərini təkmilləşdirmək istəyən hər kəsə uyğundur.

Nə öyrənəcəksiniz?

  • Python-un əsas sintaksisi və proqramlaşdırma prinsipləri: Dəyişənlər, məlumat tipləri, operatorlar və sadə proqramlar yazmağı öyrənəcəksiniz. Python dilinin əsaslarını əhatə edən bu bölmə, sağlam bir əsas qurmağınız üçün vacibdir.
  • Məlumat strukturları: List, Tuple, Dictionary və s. kimi Python-un daxili məlumat strukturlarının işlənməsini öyrənin. Bu strukturların effektiv istifadəsi, proqramlarınızın performansını artıracaq.
  • Funksiyalar və şərti operatorlar: Öz funksiyalarınızı yaradaraq istifadə etməyi və if-else kimi şərti operatorlarla proqram axınını idarə etməyi öyrənin.
  • NumPy kitabxanası ilə çoxölçülü massivlərin işlənməsi: NumPy ilə çoxölçülü massivlər (array) yaradın, manipulyasiya edin və riyazi əməliyyatlar aparın. Bu, böyük miqdarda məlumatla işləməyin əsasını təşkil edir.
  • Pandas kitabxanası ilə verilənlərin analizi: Pandas kitabxanası ilə data frame-lər yaradın, filtr edin, birləşdirin və müxtəlif analizlər həyata keçirin. Data analitikası üçün vacib olan bu bacarıqları öyrənin.
  • Polars: Polars kitabxanasını və onun əsas xüsusiyyətlərini (Çox Nüvəli Dəstək, Yaddaş Effektivliyi, Sürət və Performans, Lazy Evaluation) öyrənin. Data analitikasını daha dərindən öyrənmək üçün bu güclü aləti istifadə edin.

Kursun Xüsusiyyətləri:

  • Real iş həyatına uyğun: 4 illik data sektorundakı təcrübəmə əsaslanaraq, ən tez-tez qarşılaşacağınız və həqiqətən lazım olan mövzulara fokuslanılır.
  • Sadə və anlaşıqlı: Mürəkkəb və ya lazımsız detallardan uzaq qalarak, Python-u asanlıqla mənimsəmənizə kömək edəcək şəkildə tədris edilir.
  • Data sahələrində inkişaf: Kursu bitirdikdən sonra data analitikası, data science, data engineering və biznes intellekti (BI) sahələrində özünüzü inkişaf etdirməyə başlayın.

Bu kurs, Python öyrənmək və data analitikası sahəsində karyera qurmaq istəyən yeni başlayanlar və biliklərini genişləndirmək istəyənlər üçün mükəmməl bir seçimdir!

$ whoami — the devs behind tutorialsearch.io

Want AI in your product? Hire the team behind TutorialSearch.io

LLM features, RAG, agents and automation wired into a real product — built by the devs who shipped this site.